“Zaminbank” ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Dövlət Miqrasiya Xidmətindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı "Zaminbank" ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB