ARDNŞ-in 2 əməkdaşı qaz partlaması nəticəsində həlak olub RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu gün "Azneft" İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi "Qala" sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.
Hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB