Azərbaycanda külli miqdarda narkotik vasitələr aşkar edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yengiyan kənd sakini, əvvəllər məhkum olunan Yadigar Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 52 kiloqram olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Daha bir oxşar əməliyyat Ağdamda həyata keçirilib. Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quzanlı qəsəbə sakini Elbrus Əzizova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bundan əlavə, Balakən RPŞ əməkdaşları tərəfindən Hənifə kəndi ərazisindən çəkisi 2 ton 86 kiloqram olan 3476 ədəd, Şamaxı RPŞ əməkdaşları tərəfindən isə Muğanlı kəndi ərazisindən çəkisi 2 ton 608 kiloqram olan 2576 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB