Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Seyfəddin Ramazanov Nərimanov Rayon Polis İdarəsinin, 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Kamal Mehdiyev və Azər Həsənov isə müvafiq olaraq Nizami və Yasamal Rayon Polis idarələrinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Əhməd Alyarsoy tutulmuşdur.
Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Xaliq Rəsulov isə Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB