Gün ərzində 50 cinayət faktı qeydə alınıb

Gün ərzində 50 cinayət faktı qeydə alınıb

İyunun 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 50 cinayət faktından 20-nin üstü "isti izlər"lə açılmışdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 15 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiyinə görə 23 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə