Evdən oğurluq etmiş Sabirabad rayon sakini saxlanılıb

Evdən oğurluq etmiş Sabirabad rayon sakini saxlanılıb

Sabirabad rayonunun Türkədi kənd sakini Əlişirin Ağayevin evindən 85000 rubl (2600 manat) və 400 dollar, habelə qızıl əşyalar oğurlanıb. Oğurluqda şübhəli bilinən Eminağa Cəfərov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində onun Gülbəniz Ağayevanın və Xalid Məmişovun həyətlərindən mal-qara oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə