Rayonda 2332 çətənə kolu aşkarlandı

Rayonda 2332 çətənə kolu aşkarlandı

Gədəbəy rayonu ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Miskinli kəndi ərazisindən çəkisi 754 kiloqram olan 1215 ədəd, Dəyərqarabulaq kəndi ərazisindən isə çəkisi 580 kiloqram olan 1117 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Aşkar olunan çətənə kollarının hamısı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə