Saatlıda dələduzluq edən şəxslər tutulub. SİA-nın verdiyi məlumata görə, əlbir olan iki nəfər şəxs müxtəlif vaxtlarda Saatlı rayon sakinlərindən təqaüd düzəltmək adı ilə pul alaraq dələduzluq ediblər. Aldadılan şəxslərdən biri Zahir Məmmədov Saatlı rayon polis şöbəsinə gələrək Saatlı rayon sakinləri Əliyev Nazim və Paşayev Kamil tərəfindən aldadıldığı ilə bağlı müraciət edib. Dərhal əməliyyat axtarış işlərinə başlanılıb, adları çəkilən şəxslər şübhəli qismində saxlanılaraq, polis şöbəsinə gətiriliblər.
İstintaq zamanı digər aldadılan şəxslərin də kimliyi ortaya çıxıb və məlum olub ki, dələduzluqla məşğul olan şəxslər 20-yə yaxın sakini aldadıb. Həmin şəxslərin də ifadəsi alınaraq cinayət işi açılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB