Sabirabad sakininin həyətində küllü miqdarda narkotik tərkibli bitki aşkar edilib. SİA-nın verdiyi məlumata görə, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının "Xaş-Xaş-2014" şərti adı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad sakini 1975-ci il təvəllüdlü Mirzəyev Cəlal Nəzər oğlunun yaşadığı M.Müşviq küçəsi, ev 74 ünvanındakı 160 kvadratmetrə yaxın həyətyanı sahədə yerləşən istixanadan 2 metr hündürlükdə 25 ədəd, ümumi çəkisi 54 kiloqram olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin istixanada ümumi çəkisi 2,2 kiloqram qurudulmuş marixuana və evin həyətində olan yardımçı otaqdan avtomobillər üçün 3 cüt müxtəlif seriyalı dövlət nömrə nişanları aşkar edilib.
Adı çəkilən şəxs istintaqdan yayındığı üçün onun tutulması istiqamətində Sabirabad rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov, Aran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB