Məlum hadisə səbəbindən oğlan evi tərəfindən onun nişan üzüyü geri qaytarılıb. Rayonun Mırtı kənd sakini 1995-ci il təvəllüdlü G.C. yaşadığı evin həyətindəki tövlədən özünü kəndirlə asarkən hadisədən xəbər tutan bacısı ona mane olaraq intiharın qarşısını alıb.
Nişanlı qızın intihara cəhd etməsinin təfərrüatı məlum olub. Məlumata görə, 1970-ci il təvəllüdlü Fərhad Şamil oğlu Musayev qonşusu G.C.-a qarşı əxlaqsız hərəkətlər edib.
Onlar arasında yaxın qonşuluq əlaqələri və gediş-gəliş olub. Polis əməkdaşları onların arasında telefon danışıqlarının olmasını da müəyyən edib. İki uşaq atası olan Fərhad Musayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, bu ay G.C.-nin toy mərasimi olacaqdı. Lakin məlum hadisə səbəbindən oğlan evi tərəfindən onun nişan üzüyü geri qaytarılıb. Qız qardaşının qaynına nişanlı olub. Məlum hadisə səbəbindən ailələr arasındakı ikibaşlı qohumluq əlaqələri pozulub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB