İyunun 10-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 57 cinayət faktından 34-nün üstü "isti izlər"lə açılmışdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 28 nəfər tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB