Maştağa qəsəbəsində naməlum şəxs iki nəfəri bıçaqlayıb

Maştağa qəsəbəsində naməlum şəxs iki nəfəri bıçaqlayıb

Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində naməlum şəxs münaqişə zəminində Nardaran qəsəbəsində yaşayan Yevlax sakinləri Elgün Cəfərzadəyə bud, Elxan Cəfərova qarın nahiyəsindən bıçaqla xəsarət yetirmiş, onun oğlu Alxanı isə döymüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Nardaran qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş İsfəndiyar Xudaverdiyev tərəfindən törədilməsi müəyyən edilmişdir.

Faktla bağlı cinayət işi açılmışdır, Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə