Astarada bıçaqlanma hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bıçaqlanma hadisəsi ötən gecə saat 23 radələrində Astara rayonunun Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, yetginlik yaşına çatmayan Həmidov Məhəbbət Fikrət oğlu həmkəndlisi Əlizadə Ümid Bəhlul ogluna üzərində gəzdirdiyi bıçaqla zərbə endirərək ona xəsarət yetirib. Məhəbbət Həmidovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində işlər davam etdirir.
İlkin ehtimala görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı cinayət işi açılıb. Istintaq aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB