Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 41 yaşlı Qurban Bayramova məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın baş vermişdir. Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad və Biləsuvar rayonlarının yanğından mühafizə hissələrinin texnikası və canlı qüvvə cəlb olunmuşdur. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almışlar. Hadisə zamanı xəsarət alan olmamışdır. Ümumi sahəsi 90 kvadratmetr olan ev yanaraq yararsız vəziyyətə düşmüşdür.
İlkin araşdırmalar zamanı məlum olmuşdur ki, yanğın hadisəsi ev sahibi Q.Bayramov tərəfindən ailə münaqişəsi zəminində törədilmişdir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB