Bakı İstintaq Təcridxanasına narkotik vasitə tutuldu

Bakı İstintaq Təcridxanasına narkotik vasitə tutuldu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş Rauf Mahmudova vətəndaş Elçin Bağırov tərəfindən gətirilmiş sovqata baxış keçirilmişdir.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, bu zaman sovqatda olan noğul dənələrinin içərisindən yeddi ədəd şəffaf sellofana bükülmüş, ümumi çəkisi 0,698 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə