Masallı sakininin həyətində külli miqdarda çətənə kolları aşkarlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı polisinin həyata keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin rəisi Aslan Rzayev bildirib ki, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı Lazım Şahrza oğlu Hüseynovun narkotik vasitələri qeyri - qanuni əkib -becərməsi ilə bağlı şöbəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında Lazım Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkar edilib. Lazım Hüseynov cinayət əməlini etiraf edərək, çətənəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Hazırda faktla bağlı Masallı RPŞ - də araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB