Şəki rayonu Böyük Dəhnə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, iyunun 8-də saat 4 radələrində Şəki rayonu Böyük Dəhnə kəndinin ərazisində Mingəçevir şəhər sakini Ruslan Osmanov idarə etdiyi "Wolksvagen" markalı avtomobili aşırıb. Sürücü və sərnişini, qardaşı Fəqan hadisə yerində ölüblər.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB