Azərbaycan Ordusunun hərbçiləri qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, İmişli rayonu ərazisində gizir Siruz Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə ağır xəsarətlər alan hərbçi hospitala yerləşdirilib.
Daha bir hadisə isə Bakının Qaraçuxur qəsəbəsində qeydə alınıb. Azərbaycan Ordusunun zabiti, mayor Rövşən Yusifovun idarə etdiyi "Opel" markalı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə R.Yusifov yüngül xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB