İmişlidə ağır yol yol qəzası baş verib

İmişlidə ağır yol yol qəzası baş verib

Ötən gecə saat 24:00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən hissəsində baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, İmişli rayon Soltanmuradlı kənd sakini 50 yaşlı Əzizalıyev Fəxrəddin idarə etdiyi etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarə etməni itirib və avtomobil aşaraq yoldan 15 metr kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı 59 yaşlı Əzizalıyeva Gülnar aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə müxətlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib. Ölən şəxslərin müəllim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə