Astara rayonunda 3 yaşlı uşaq səhlənkəralığın qurbanı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 11 radələrində Astara rayon mərkəzi xəstəxanasının həyətində rayonun Səncərədi kənd sakini 3 yaşlı Ədalət Babazadə nənəsi ilə xəstəxanaya gəlib. Uşaq nənədən ayrılıb çəmənlikdə oynayarkən üstü ot ilə örtülən, lakin ağzı açıq qalan mazut quyusuna düşüb.
Çağırışa gələn Astara rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları Ədaləti quyudan çıxarsalar da, artıq gec olub. Uşaq boğularaq ölüb.
Qeyd edək ki, xəstəxananın həyətindəki mazut quyusu ötən əsrin 70 - 80 –ci illərindən qalıb. 2 il bundan əvvəl xəstəxana təmir edilərkən mazut quyusu doldurulmayıb və üstü qazonla örtülüb.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB