İyunun 2-də Bakıda, Şıx ərazisində piyada keçidinin uçması ilə nəticələn yol qəzası baş vermişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən bildirmişlər ki, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə toxunmuşdur. Nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı "MAN" markalı yük avtomobilinin üzərinə düşmüşdür.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmışlar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB