Avtomabil qəzasında 1 nəfər öldü, 2 nəfər yaralandı

Avtomabil qəzasında 1 nəfər öldü, 2 nəfər yaralandı

Ötən gecə saat 01:00 radələrində larında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 13-cü kilometrliyində ölümlə nəticələnən ağır avtoqəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Şıxəli Cavanşir oğlunun idarə etdiyi dövlət nömrə nişanı olmayan qoşqulu traktorla OKA markalı 10 XN 598 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub.

Nəticədə OKA markalı avtomobildə olan sərnişin qəza yerində ölüb, avtomobilin sürücüsü isə ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, traktorun sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerində olan müstəntiq gecə saatlarında Şrvan morquna yerləşdirilən ölən sərnişinin və koma vəziyyətində olan OKA markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən edə bilməyib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə