Qəzada 1 nəfər öldü FOTO

Ötən gecə saat 01:05 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 13-cü kilometrliyində ölümlə nəticələnən ağır avtoqəza hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Şıxəli Cavanşir oğlunun idarə etdiyi dövlət nömrə nişanı olmayan qoşqulu traktorla OKA markalı 10 XN 598 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə OKA markalı avtomobildə olan sərnişin qəza yerində ölüb, avtomobilin sürücüsü isə ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, traktorun sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerində olan müstəntiq gecə saatlarında Şirvan morquna yerləşdirilən sərnişinin və koma vəziyyətində olan OKA markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən edə bilməyib.

Qeyd edək ki, faktla bağlı BDYPİ-də araşdırma aparılır.

İqbal Mikayılov, Aran

Bütün xəbərlər Facebook səhifəmizdə