Ötən gün axşam saat 19:30 radələrində Bakı-Qazax yolunun 103-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Hacıqabul rayonu H.Əliyev küçəsi ev 19 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Teymurov Elçin Nüsrət oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil qarşıda hərəkətdə olan "KAMAZ" markalı avtomobilə arxadan çırpılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, nəticədə minik maşınında olan bir ailənin üzvləri 1992-ci il təvəllüdlü Kərimova Günay Nüsrət qızı qapalı kəllə-beyn travması və alt çənə sümüyünün sınığı, 1990-cı il təvəllüdlü Teymurova Elnurə Ramiz qızı qapalı kəllə-beyin travması diaqnozları ilə Şirvan reanimasiya şöbəsinə, Şirvan şəhəri T.Ələkbərov küçəsi 35 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Həsənova Aygün Nüsrət qızı kəllə-beyn travması diaqnozu ilə Şirvan travmatologiya şöbəsinə yerləşdirilib.
Sürücü isə ambulator yardım aldıqdan sonra evə buraxılmışdır. Sonradan nisbətən ağır xəsarət alan Günay Kərimova Bakı travmatologiya mərkəzinə aparılmışdır. Avtoqəzanın baş verməsinə səbəb sürücünün sükan arxasında yuxulamsı olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB