May ayının 2-də Saatlı rayon Hacıqasımlı kənd sakin Abbasov Nüsrətə məxsus umumi dəyəri 1000 manat olan 7 baş qoyun-quzunun oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, polis tərəfindən axtarış tədbirləri həyata keçirilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər şəxs saxlanılıb. İstintaq zamanı məlum olub ki, Beyləqan rayon sakini Məmmədov Elşən və qardaşı oğlu Məmmədov Ramil həmçinin tanışları Balakişiyev Asif oğurluqları biryerdə həyata keçiriblər. Həmiçinin istintaq zamanı cinayətkar qrupun digər əməlləridə aşkar edilib. Belə ki həmin şəxslər fevral ayının 7-də Hacıqasımlı sakini Raal İbrahimova məxsus bir baş iri buynuzlu mal qara oğurlamaqla şəxsə 1000 manata dəyərində ziyan vurublar. Bundan başqa oğruların nəinki Saatlıda İmişlidə törətdikləri əmmələrdə ortaya çıxıb. Məlum olub ki həmin şəxslər yanvar ayında İmişli rayon Qaraqaşlı kənd sakini Həsənov Seyfəddinə məxsus bir baş dana və İmişli rayon Ölcələr kənd sakini İbad Məmmədova məxsus 2 baş iri buynuzlu heyvan oğurlayblar. Dindirilmə zamanı isə şəxslər cinayətləri bir birilərinin üzərinə atmağa çalışiblar. Qeyd edə ki, saxlanılan şəxslərdən Elşən Məmmədov əvvələr məhkumluq həyatı yaşayıb. Saxlanılan hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB