“Mercedes” hasara çırpıldı 2 nəfər sıxılmış vəziyyətdə qaldı

“Mercedes” hasara çırpıldı 2 nəfər sıxılmış vəziyyətdə qaldı

Bakı-Qazax yolunun 415-ci kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili hasara çırpılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil zərbədən deformasiyaya uğrayıb və 2 sərnişin sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sərnişinləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə