Azərbaycanda atraksion qəzası ölü və yaralılar var

Azərbaycanda atraksion qəzası ölü və yaralılar var

Qobustan rayonunun "Cənnət bağı" istirahət-əyləncə mərkəzində bədbəxt hadisə nəticəsində 10 yaşlı qız dünyasını dəyişib. SİA-nın xəbərinə görə, hadisəyə mərkəzdəki elektromaşın ("Elektrokar") aşması səbəb olub.

Hadisə nəticəsində Bakı Oksford Məktəbinin şagirdi 10 yaşlı Qorcu Dəniz Tərlan qızı dünyasını dəyişib.

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

Məktəbin nümayəndəsi ilə əlaqə saxlamaq istəsək də, "Əlimdə işim var, sonra danışarıq" -deyib, dəstəyi yerə qoydu.

Qeyd edək ki, Mərkəzdə Bakı Oksford Məktəbinin müəllim və şagird heyəti də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə