Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ərazisində Neftçala rayon sakini Məhərrəm Məmmədov idarə etdiyi "Great-Wall" markalı avtomobili Cəlilabad rayon sakini Seymur Hüseynova məxsus "Shachman" markalı avtomobilə vurub. M.Məmmədov hadisə yerində ölüb.
Göygöl rayonunun Yeni Zod kəndinin ərazisində isə Gəncə şəhər sakini Kamal Adıgözəlovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil aşıb. Avtomobildə olan sərnişin, Gəncə şəhər sakini Sənan Cəfərov hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB