Avtomobil daha bir can aldı HADİSƏ

Avtomobil daha bir can aldı HADİSƏ

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-y a verilən məlumata görə, mayın 16-sı saat 23:40 radələrində Səbail rayonu Mehdi Hüseyn küçəsində Bakı şəhər sakinləri - 1985-ci il təvəllüdlü Telman Balayev idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə 1955-ci il təvəllüdlü Vəzirxan Xankişiyevi vurub. Nəticədə piyada V.Xankişiyev hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə