Bu il Respublikada 313 nəfər yol qəzasının qurbanı olub

Bu il Respublikada 313 nəfər yol qəzasının qurbanı olub

Bu il Azərbaycan ərazisində baş verən yol qəzalarında 313 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, cari ilin ilk 4 ayında respublika ərazisində 735 yol qəzası baş verib. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 169, ölənlərin sayı 26, yaralıların sayı 237 nəfər azalıb.

Hesabat dövründə respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 299 yol qəzası baş verib. Nəticədə 107 nəfər ölüb, 215 nəfər xəsarət alıb.

Cari ilin ilk dörd ayında ölkə ərazisində baş verən qəzalarda 21 azyaşlı uşaq ölüb, 47 nəfər isə yaralanıb.

K.Əliyev bu il respublika ərazisində sərnişin avtobusunun iştirakı ilə 25 yol qəzası qeydə alındığını bildirib. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə