Bakıda dənizə düşən şəxs xilas edilib RƏSMİ AÇIQLAMA

Bakıda dənizə düşən şəxs xilas edilib RƏSMİ AÇIQLAMA

Bu gecə Bakıda, "Yaxt klub"-un yaxınlığında dənizə düşən şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda "Yaxt klub"-un yaxınlığında ("Bakı-Mərkəz" sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə), 1 nəfər sərxoş halda dənizə düşüb.

Hadisə yerinə cəlb olunan dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə