İcra başçısı müavininin sürücüsünün törətdiyi qəza ilə bağlı rəsmi məlumat
Yerli mətbuatda Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlarla bağlı adıçəkilən qurum məlumat yayıb. İcra hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimovun SİA-ya verdiyi xəbərə görə, mətbuatda yayılan məlumatlar yalan və həqiqətə uyğun deyil. Onun sözlərinə görə, qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır.
Hadisə ilə həmçinin Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi də məlumat yayıb. Belə ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi "hyundai Grandeur" markalı 10-AS-509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S. Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB