Avtobus qəzasında 10 nəfər yaralandı

Avtobus qəzasında 10 nəfər yaralandı

Bərdədə mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA-nın verdiyi xəbərə görə, hadisə Bərdə-Yevlax magistral yolunda baş verib. Yevlax istiqamətində sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus yüksək sürətlə hərəkət etdiyindən "Mercedes" markalı minik avtomobilini arxadan vurub. Arxadan vurulan minik maşınının sürücüsü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən 10 nəfər yaralanıb.

Qeyd edək ki, yaralılar mərkəzi rayon xəstəxanasına çatdırılıb, 3 nəfərin vəziyyəti ağırdır. Digər yaralılar isə ilk tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şamxal Cəliloğlu, Bərdə

Bütün xəbərlər Facebook səhifəmizdə