Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində qeydə alınıb. Babək rayon sakini Elnur Bayramov idarə etdiyi "Pajero" markalı avtomobili yolun kənarındakı ağaca vurub. E.Bayramovun sərnişinləri - Sumqayıt şəhər sakinləri Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib. K.Kazımov və E.Verdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə