21 yaşlı gənc vuruldu

Bu gün səhər saatlarında Samux rayon ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Samux rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, rayon sakini 21 yaşlı Məzahir Abbasov yolu keçmək istəyərəkən naməlum avtomobil tərəfindən vurulub. Qəza zamanı hadisəni törədən avtomobil, yaralı piyadanı orada qoyaraq qaçıb. 21 yaşlı gənc ətrafdakı insanların köməyilə Gəncə şəhər təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə