Gəncə Qənnadı fabrikində yanğın baş verib. SİA-nın məlumatına görə, səhər saat 10:00 radələrində "Gəncə Qənnadı" ASC-nin inzibati binasında yanğın baş verib və mətbəxdən başlayan alov tezliklə ətrafa yayılıb. Nəticədə dörd inzibati otaq (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) yanaraq tam yararsız hala düşüb.
Mətbəxdə alovun mənbəyi aşkar edilərək söndürülüb və yanğının binanın 4-cü mərtəbəsinə keçməsinin qarşısı alınıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan 4 mərtəbəli Gəncə qənnadı fabrikinin inzibati binasının 3 cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB