“Moyşik” səhvini canı ilə ödədi FOTO

“Moyşik” səhvini canı ilə ödədi FOTO

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, ötən gün axşam saatlarında Şirvan - Salyan yolunda yol qəza hadisəsi baş verib. Avtomobil yuyulma məntəqəsində işləyən, Şirvan şəhəri Xanlar küçəsi ev 152 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Əzizov İsmayl Əlimusa oğlu, maşınını yuyucuya yumağa qoyan Şirvan sakini 1988-ci il təvəllüdlü Zeynalov Emin Məqadət oğluna məxsus "VAZ 21144" markalı 90 HG 017 dövlət nömrə nişanlı avtomobili götürərək Şirvan-Salyan yoluna çıxıb. Avtomobili yüksək sürətlə idarə edən sürücü, yoldan çıxaraq aşıb. Nəticədə "moyşik" hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən İsmayıl Əzizovun 2 yaşında övladı var. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov, Aran

Bütün xəbərlər Facebook səhifəmizdə