Ötən gün Respublikada 6 yol nəqliyyat hadisəsi baş verib Ölənlər var

Ötən gün Respublikada 6 yol nəqliyyat hadisəsi baş verib Ölənlər var

Aprelin 30-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölümlə nəticələnən qəzalar Gəncə şəhəri, İmişli və Şabran rayonlarında baş verib.

Belə ki, aprelin 30-da saat 20 radələrində Gəncə şəhərinin ərazisində şəhər sakini Vüqar Göyüşov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Rəvan Muradovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Aprelin 30-da saat 18 radələrində İmişli rayonu Xəlifəli kəndinin ərazisində kənd sakini Qərib Qurbanovun idarə etdiyi "VAZ-2106" və Beyləqan rayon sakini Səbuhi Şükürovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Q.Qurbanov hadisə yerində ölüb.

Aprelin 30-da saat 01 radələrində Şabran rayonu Ağalıq kəndinin ərazisində rayon sakini Murad Əliyev idarə etdiyi "Seat" markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə