DİN qadının kişini güllələməsi ilə bağlı məlumat yaydı

DİN qadının kişini güllələməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdədə baş verən cinayət barədə məlumat yayıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 29-da Bərdə rayonu Darğalar kəndinin ərazisində kənd sakini Tahirə Əzizova münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Əvəz Rüstəmova kürək və boyun nahiyələrindən xəsarət yetirib.

Ə.Rüstəmov xəstəxanaya yerləşdirilib. Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əzizova tutulub. Hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi ondan götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə