Qoyun oğurluğu ilə məşğul olan bir qrup cinayətkar dəstə saxlanılıb. SİA-nın Salyan polis şöbəsindən aldığı məlumata görə, ilkin istintaq zamanı həmin şəxslərin müxtəlif vaxtlarda 56 baş qoyun oğurlayaraq vətəndaşlara 8 min manata yaxın ziyan vurduqları məlum olub. Salyan Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Qaraçala qəsəbəsində gecə saatlarında qoyun oğurluğuna cəhd edən bir qrup şəxs tutulub. Bunlar Şirvan şəhər sakinləri, 48 yaşlı Füzuli Xanış oğlu Şeydayev, 35 yaşlı Məzahim Əlifağa oğlu Ağayev, 39 yaşlı Rövşən Malik oğlu Süleymanovdur. Rafael adlı bir nəfər şəxs isə istintaqdan gizlənib. İlkin istintaq zamanı həmin şəxslər tərəfindən təkcə Qaraçala qəsəbəsindən deyil, həmçinin rayonun Xalac, Yolüstü, Pambıqkənd, Qızılağac, Kərimbəyli və Qarabağlı yaşayış məntəqələrinin fərdi təsərrüfatlarından qoyun oğurladıqları da aşkar olunub. Şöbəyə gətirilən oğrular törətdikləri cinayəti etiraf ediblər.
Qeyd edək ki, faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb. Həmin şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
İqbal Mikayılov, Salyan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB