Azərbaycanda minik avtomobil ilə yanacaq daşıyan avtomobil toqquşub.
Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus "MERCEDES" markalı minik avtomobili və "ZİL" markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB