Gəncədə ev yanıb

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan 4 otaqlı aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m, aynabəndin yanar konstruksiyaları, ev əşyaları 45 kv.m sahədə, 2 otağın giriş qapıları və 2 ədəd pəncərə çərçivəsi yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Ağdam rayonu, Quzanlı qəsəbəsində olub. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə