DİN Z.Bünyadov prospektində baş verən ağır yol qəzası barədə məlumat yayıb

DİN Z.Bünyadov prospektində baş verən ağır yol qəzası barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi Nərimanov rayonu Z.Bünyadov prospektində baş verən ağır yol qəzası barədə məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinləri, Sənan Şükürovun idarə etdiyi "Lexus" və Asya Paşayevanın idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə S.Şükürov, A.Paşayeva və sərnişini, Kəlbəcər rayon sakini Elxan Sarıyev xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır və təhqiqatçı vəzifəsində çalışır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə