Təyyarənin şassiləri arasında sağ qaldı

Təyyarənin şassiləri arasında sağ qaldı

On altı yaşlı yeniyetmə Kaliforniya ilə Havay adaları arasındakı məsafəni yük təyyarəsinin şassiləri arasında qət edib. Bu barədə Havay Hava Yolları şirkətinin mətbuat xidməti məlumat yayıb.
San Xosedən gələn təyyarə Havay adalarının Mayu aeroportuna enərkən hava limanının əməkdaşları təyyarənin şassiləri arasında gizlənmiş oğlanı aşkar ediblər. Beş saat yarım 11580 metr yüksəklikdə uçan təyyarənin şassiləri arasında yeniyetmənin sağ qalması möcüzə kimi qiymətləndirilir. Yüksəklikdə həddindən artıq soyuq havada oksigen çatışmazlığı ilə üzləşən yeniyetmənin necə sağ qalması təəccüb doğurur. Çünki belə vəziyyətlərdə nadir hallarda sağ qalmaq mümkündür.
Şirkət rəsmisi ailəsi ilə mübahisə zəminində evi tərk edərək belə addım atan yeniyetmənin sağlamlıq durumu ilə məşğul olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə