Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə aprelin 18-də saat 21:05 radələrində, Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Güloğlan Məmmədovun idarə etdiyi "VAZ-21011" və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi MAN markalı avtomobillərin toqquşması nəticəsində G. Məmmədov xəstəxanaya yerləşdirilib. Onun sərnişini, 1959-cu il təvəllüdlü Mərmər Cəfərova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB