Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şəfəqli kəndinin ərazisində İran vətəndaşları, əvvəllər məhkum olunmuş Adil Nazimi və Rza Səidi saxlanılıblar. Onlardan 23 kiloqram 25 qram tiryək və 1 ədəd gecəgörmə cihazı götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə