Həbsxanaya ayaqqabı süngərində narkotik maddə keçirmək istədi

Həbsxanaya ayaqqabı süngərində narkotik maddə keçirmək istədi

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Samir Mirzə oğlu Əhmədova vətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı əşyaların arasında olan ayaqqabı təmizləmək üçün süngərin altında gizlədilən, xalis çəkisi 1,226 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, S.Əhmədov Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2; 126.2.4; 178.1; 215.2.1; 215.2.4; 215.2.7; 221.2.1; 221.2.2; 221.3; 317-2.1; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə