Ötən gün axşam saatlarında Gəncədə 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən bu gecə saat 23 radələrində baş verən hadisə zamanı Qazaxdan Bakıya sərnişin aparan "Mersedes" markalı avtobus Şah İsmayıl Xətayi prospekti ilə hərəkətdə olarkən Heydər Əliyev prospektindən çıxan Xəzər Kazımovun idarə etdiyi "Land Gruzer" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən avtomobillər yolun kənarında dayanan digər 3 maşına dəyib. Nəticədə 5 avtomobilə də ciddi ziyan dəyib. Hadisə vaxtı avtobusda olan sərnişinlərin sözlərinə görə, "Mercedes" öz yolu ilə hərəkətdə olarkən digər prospektlə hərəkət edən nəqliyyat vasitələrindən biri işıqforun qırmızı işığına məhəl qoymayaraq onun yoluna çıxıb.
Qeyd edək ki, avtobusun sürücüsü hadisədən sonra bir müddət ərazidən uzaqlaşıb. Hadisədən sonra ərazidə avtomobillərin hərəkəti bir müddət çətinləşib. Əlavə polis naryadının köməkliyi ilə nəqliyyatın hərkəti bərpa olunub. Faktla bağlı Gəncə Dövlət Yol Polisi Şöbəsində araşdrıma aparılır.
İlham Məmmədzadə




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB