Cəlilabaddan 5 ədəd top mərmisi tapıldı

Cəlilabaddan 5 ədəd top mərmisi tapıldı

Cəlilabad rayonunun ərazisindən 5 ədəd top mərmisi tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cəlilabad rayonunun Privolnoye kəndinin ərazisindən 5 ədəd top mərmisi tapılıb. Mərmilər DİN Daxili Qoşunları Baş İdarəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə