Avtoş 2 uşağı atasız qoydu FOTOLAR

Avtoş 2 uşağı atasız qoydu FOTOLAR

Şirvan şəhərinin sakinlərinə rahatlıq verməyən bir ailənin iki avtoxuliqan üzvü ötən gecə 2 azyaşlı uşaq atasının qatili oldu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində Şirvan sakini Vidadi küçəsi, 41 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlu dayısına məxsus VAZ 2107 markalı 24 BD 756 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən, Şirvan sakini Faiq Cavadov küçəsi 40 ünvanında yaşayan 36 yaşlı Səfərov İmaməddin Gülyar oğlunu yolu keçərkən vurub. Piyada ağır kəllə-beyin travması alaraq hadisə yerində dünyasını dəyişib. Sürücülük hüququ olmayan 20 yaşlı Təbriz Mustafayev piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb. Polis şöbəsinin əməliyyatçıları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində avtoxuliqan qaçıb gizlənsə də gecə yarısı həbs edilərək polis şöbəsinə gətirilib. Onun barəsində bu gün Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qəti imkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl - 5 fevral tarixində Təbriz Mustafayevə avtoxuliqanlıq etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 296.1.1-ci maddəsi ilə Şirvan şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. 25 martda azadlığa çıxan Təbriz Mustafayev 20 gündən sonra yenidən etdiyi avtoxuliqanlıq insan ölümünə səbəb olub. Həmçinin bidirilir ki, Təbrizin qardaşı Bəhruz Mustafayevə də bir müddət əvvəl avtoxuliqanlığa görə 16 sutka həbs cəzası verilmişdir. Şəhərdə avtoxuliqanlar kimi tanınan Mustafayevlər ailəsi şəhid adından istifadə etməklə bütün dövlət orqanlarına meydan oxumağa çalışırlar.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə